Deputat Müşfiq Cəfərov ölkədə ətin bahalaşmasından danışarkən bildirib ki, əhali artan qiymətləri qarşılaya bilir.
M.Cəfərov “Pravda.az”-a deyib ki, 2025-ci ilin iyul ayında dünyada ətin qiyməti 1,2%, ötən illə müqayisədə isə 6% artıb.
“Təbii ki, bu qiymət artımı ölkəmizdən də yan keçmədi. Son zamanlar ət məhsullarının qiymətində müntəzəm olaraq yüksəlmə müşahidə edilir. Əgər bir il əvvəl bazarda mal ətinin bir kiloqramının qiyməti 14 manata yaxın idisə, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə ət və ət məhsulları, demək olar ki, hər ay bahalaşıb. İlin yanvar-iyul aylarında qiymətlər 2024-cü ilin eyni dövrünə nisbətən orta hesabla 6,8% artıb, amma əhali artan qiymətləri qarşılaya bilir. Bunu yüksələn alıcılıq göstəricilərindən də görmək mümkündür”, – deputat qeyd edib.
Pravda.az



















