İran hadisələrinin Azərbaycan üçün əhəmiyyəti

Venesuelada yuxarıdan baş vermiş yarımdəyişiklik dünya gündəmini tam tutmamış İran etirazları ön plana çıxdı. Beynəlxalq nizamın çökdüyü bu günlərdə bizim üçün dünyanın hər nöqtəsində baş verən hadisələr, etirazlar dəyişikliklər, presedentsiz addımlar önəmli və maraqlıdır. Ölkənin siyasi gələcəyi, regionun təhlükəsizlik və demokratik baxımdan hansı istiqamətə üz tutacağı da bu hadisələrin məcmusundan çox asılıdır. Bununla belə hesab edirəm ki, İranda baş verən prosesləri daha diqqətlə izləməliyik. Bunun bir neçə səbəbi var.

1. İlk növbədə İranda baş verən hadisələr bu gün olmasa da sabah bizim üçün milli kontekstdə önəmli ola bilər. Güney Azərbaycanda baş verən və ya verəcək istənilən hadisə xarakterinə uyğun olaraq bizim siyasi vəziyyətimizə təsirsiz və izsiz ötüşməyəcək. Bu Azərbaycan respublikası və İran münasibətləri kontekstində də belədir, Azərbaycan türklərinin hüquq və azadlıqları kontekstində 
2. Bu etirazlar rejim dəyişikliyi ilə nəticələnsə, əlbəttə biz yeni çağırışlar və məsuliyyətlə qarşı-qarşıya qalacağıq. Burada ciddi məsələlərdən biri də İranda baş verə biləcək milli münaqişələrin yaradacağı yeni arzuolunmaz vəziyyətdir
  1. Xamneyi və Pezeşkianın etirazçılara fərqli münasibəti siyasi böhrana səbəb ola bilər və bu vəziyyətə də hazır olmalıyıq
  2. İranda etirazların sosial iqtisadi motivli olması da Azərbaycan hökumətinə bir siqnal olmalı, vətəndaşı boğaza yığan cərimə siyasətinə, iqtisadi sıxışdırmalara, şapka sisteminə dərhal əncam çəkilməli, siyasi mühitin yumşalması üçün sürətli addımlar atılmalıdır. Müxalifətə, müxalifət liderlərinə qarşı repressiyalara son qoyulmalıdır.

Seymur Həzi.