Kolumbiyada baş verən kiçik təyyarə qəzası nəticəsində məşhur müğənni Yeison Ximenez də daxil olmaqla, altı nəfər həyatını itirib.

Müğənni qəzadan təxminən 20 gün əvvəl qatıldığı televiziya proqramında təyyarə qəzaları ilə bağlı dəfələrlə narahatedici yuxular gördüyünü bildirib: “Üç dəfə yuxuda təyyarə qəzası gördüm. Pilotun yanına gedib təyyarəni çevirməsini xahiş edirdim. Pilot isə mənə “Yaxşı ki, xəbər verdin, nəsə səhv gedirdi” deyirdi. Yuxularımdan birində isə ö*ldüyümüzü və bu hadisənin xəbərlərdə yayımlandığını görmüşdüm”.