COVID-19 peyvəndlərinin, xüsusilə Pfizer vaksininin ürək sağlamlığına təsiri ilə bağlı narahatlıqlar hələ də müzakirə olunur. CBC News-un 2025-ci il materialında peyvənddən sonra ürək əzələsi və ürək qişasının iltihabı hallarına rast gəlindiyi qeyd edilsə də, bu iddiaların elmi əsasları mübahisəlidir.

Baku TV-nin sorğusunda bəzi vətəndaşlar vaksindən sonra problem yaşamadıqlarını, digərləri isə halsızlıq kimi hallar müşahidə etdiklərini bildiriblər. Həkim Adil Qeybulla isə bu cür fikirlərin daha çox antivaksin təbliğatının tərkib hissəsi olduğunu və qeyd edilən problemlərin COVID infeksiyasının qalıcı təsirləri ilə də izah edilə biləcəyini vurğulayıb.

Səhiyyə Nazirliyi açıqlamasında bildirir ki, COVID-19 peyvəndləri ilə gənclərdə ürək çatışmazlığı arasında birbaşa səbəb-nəticə əlaqəsini sübut edən etibarlı elmi dəlillər yoxdur. Beynəlxalq və yerli araşdırmalar peyvəndlərin təhlükəsiz və effektiv olduğunu göstərir və məsələ daim nəzarətdə saxlanılır.

Doktorinfo.az