Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə onun zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəslə daha dərindən öyrədilməsi istiqamətində ənənəvi olaraq təşkil olunan “Ən yaxşı təqdimat müsabiqəsi” üzrə qeydiyyatdan keçmiş şagirdlərin hazırlıq səviyyəsinin yoxlanılması məqsədilə təqdimat dinləmələri keçirilmişdir.
Dinləmələr Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Ramin Abasov, müdir müavini Rahim Novruzov, RTİ-nin digər əməkdaşları və region üzrə yaradılmış komissiya üzvlərinin iştirakı ilə təşkil olunmuşdur.
İştirakçıların qiymətləndirilməsi onların mövzu ilə bağlı dolğun və əhatəli məlumata malik olduğunu nümayiş etdirməsi, şərh etdiyi məsələlərə müxtəlif mövqelərdən yanaşma və öz mövqeyini bildirməsi, irəli sürdüyü fikirləri təhlil əsasında faktlarla əsaslandırması və nəticələr çıxarması, müasir Azərbaycan tarixi üzrə dolğun biliklərə malik olması, nitqinin səlisliyi və lüğət ehtiyatının zəngin olması meyarlarına əsasən aparılmışdır.
























