Göyçay Rayon Mərkəzi Xəstəxanasında 40 həftəlik hamiləlik uğurla başa çatdırılıb
Göyçay Rayon Mərkəzi Xəstəxanasında Zərdab rayon sakininin 40-cı həftədə olan hamiləliyi həkimlərin nəzarəti altında uğurla sonlandırılıb.
Xəstəxananın Ginekologiya və Doğum şöbəsinə müraciət edən qadın zəruri instrumental-diaqnostik müayinələrdən keçirilib. Baş gəlişi və dölyanı mayenin axması səbəbilə, çəkisi 135 kq olan pasiyent üzərində keysəriyyə əməliyyatı icra olunub.
Nəticədə çəkisi 4 kq 735 qram, boyu 59 sm olan sağlam qız övladı dünyaya gəlib. Ana və körpəyə zəruri tibbi yardım göstərilib, körpənin tənəffüsü bərpa olunub. Vəziyyəti qənaətbəxş olan ana və körpə sağlam vəziyyətdə evə buraxılıblar.
Pasiyent Çinarə Məmmədova göstərilən tibbi xidmətə görə Göyçay Rayon Mərkəzi Xəstəxanasının Doğum və Ginekologiya şöbəsinin kollektivinə və bu şəraitin yaradılmasına görə xəstəxana rəhbərliyinə öz təşəkkürünü bildirib.
Göyçay rayon mərkəzi xəstəxanası



















