Oğuz Rayon Mərkəzi Xəstəxanasında kibercinayətkarlıqla mübarizə və bu sahədə maarifləndirmə məqsədilə tədbir keçirilib
Oğuz Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi, polis kapitanı Amid Eyvazov və Tədqiqat bölməsinin baş tədqiqatçısı, polis mayoru Elnur Alcanov iştirakı ilə təşkil olunan görüş zamanı kibercinayətkarlığın mahiyyəti, bu növ cinayətlərin törədilmə üsulları, cəmiyyətə vurduğu zərər, informasiya təhlükəsizliyinin təmin edilməsi, şəxsi məlumatların qorunması, eləcə də elektron mühitdə təhlükəsiz davranış qaydaları barədə iştirakçılara ətraflı məlumat verilib.
Bununla yanaşı, onlayn fırıldaqçılıq, fişinq hücumları, saxta zəng və mesajlar, bank kartı məlumatlarının ələ keçirilməsi halları və bu kimi risklərdən qorunma yolları izah edilib, praktik tövsiyələr təqdim olunub və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Tədbirin əsas məqsədi tibb işçilərinin kibertəhlükəsizlik sahəsində bilik və bacarıqlarının artırılması, mümkün risklərin vaxtında qarşısının alınması və bu istiqamətdə profilaktik tədbirlərin gücləndirilməsi olub.
Oğuz rayon mərkəzi xəstəxanası
























