Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə ağır vəziyyətdə pasiyent Möhlət Mehdiyev müraciət edib. Pasiyentə operativ tibbi yardım göstərilərək vəziyyəti stabilləşdirilib və anjuioqrafiya müayinəsi və stent qoyulması məqsədilə təcili olaraq digər tibb müəssisəsinə hospitalizasiya olunub.

Pasiyent tam sağlamlığına qovuşduqdan sonra Göyçay Rayon Mərkəzi Xəstəxanasına gələrək ona vaxtında və operativ şəkildə tibbi yardım göstərən növbətçi həkimə, tibb personalına, eləcə də yaradılan şəraitə görə xəstəxananın rəhbərliyinə minnətdarlığını bildirib.

Göyçay rayon mərkəzi xəstəxanası