“Anafilaktik şok zamanı düzgün yanaşma qaydaları” mövzusunda təlim təşkil olunub.
Qəbələ Rayon Mərkəzi Xəstəxanasının Vəndam Ailə Sağlamlıq Mərkəzində “Anafilaktik şok zamanı düzgün yanaşma qaydaları” mövzusunda təlim keçirilib.
Vəndam Ailə Sağlamlıq Mərkəzinin böyük tibb bacısı Ülviyyə Vəliyeva tərəfindən keçirilən təlimdə aidiyyəti əməkdaşlar iştirak edib.
Təlimdə anafilaktik şokun yaranma səbəbləri, erkən klinik əlamətləri, təcili tibbi yardımın mərhələləri və düzgün müdaxilə prinsipləri iştirakçıların diqqətinə çatdırılıb.
Sonda iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında interaktiv müzakirələr aparılıb.
Qəbələ rayon mərkəzi xəstəxanası





















