“Qış nağılı” Beynəlxalq Musiqi Festivalının “Azərbaycan-İspaniya: iki ölkə, bir musiqi” adlı yekun konserti olub.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və “Gilan”ın dəstəyi ilə Qəbələdə keçirilən “Qış nağılı” Beynəlxalq Musiqi Festivalının fevralın 8-də təntənəli bağlanış konserti keçirilib. “Azərbaycan-İspaniya: iki ölkə, bir musiqi” adlı flamenko-caz musiqi gecəsində Azərbaycan xalq mahnıları, flamenko-caz və muğam improvizələri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Beləliklə, “Qış nağılı” Beynəlxalq Musiqi Festivalı şən notlarla başa çatıb.

Qəbələ rayon icra hakimiyyəti