Zaqatala Rayon Mərkəzi Xəstəxanasında “Arterial hipertenziya” mövzusunda klinik protokol üzrə təlim keçirilib.
Təlim xəstəxananın həkim-terapevti Məmmədrəsul Teyyubov tərəfindən Poliklinika şöbəsinin bir sıra həkimləri üçün keçirilib. Tədbir zamanı arterial hipertenziyanın erkən diaqnostikası, risk faktorlarının qiymətləndirilməsi, müasir müalicə yanaşmaları, dərman seçimi və xəstələrin dinamik izlənməsi barədə ətraflı məlumat verilib.
Həmçinin klinik protokola uyğun yanaşmanın əhəmiyyəti, ağırlaşmaların qarşısının alınması və xəstələrin həyat keyfiyyətinin yaxşılaşdırılması istiqamətində tövsiyələr diqqətə çatdırılıb.
Zaqatala rayon mərkəzi xəstəxanası






















