Gədəbəy Rayon Şahdağ sakini Teymurov Əfqan Yahya oğlu redaksiyamıza müraciət edərək bildirib ki,14-saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin RMTM Şınıx meşəbəyliyinin 11-saylı meşə dolayında gözətçi Vəliyev Arzu Zahid oğlu və sahə rəisi Nəbiyev Alı Qələndər oğlu tərəfindən meşələr qırılaraq talan olunur.Həmin şəxslər palıd ağacını odun kimi və tikinti materialı kimi satmaqla məşğuldur deyə şikayətçi bildirir.Şikayətçi əlaqədar qurumlara müraciət edərək kömək istəyir və meşələrin qorunması üçün tədbirlər görmələrini xahiş edir.Sonda şikayətçinin göndərdiyi fotolar və video görüntünü təqdim edirik.
Redaksiyadan:Mövzu ilə bağlı araşdırmalarımız davam edir.Qarşı tərəflərin mövqeyini dərc etməyə hazırıq


























