İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında Dəstək xidmətləri şöbəsinin Təhlükəsizlik bölməsi tibb müəssisəsinin fasiləsiz və təhlükəsiz fəaliyyətinin təmin olunmasında mühüm rol oynayır.
Bölmənin əsas məqsədi xəstəxana ərazisində ictimai asayişin qorunması, pasiyentlərin, ziyarətçilərin və tibb personalının təhlükəsizliyinin təmin edilməsi, həmçinin maddi-texniki bazanın mühafizəsidir.
Təhlükəsizlik əməkdaşları gündəlik olaraq növbəli rejimdə fəaliyyət göstərərək giriş-çıxışlara nəzarəti həyata keçirir, xəstəxana daxilində qayda-qanunun qorunmasına nəzarət edir və fövqəladə halların qarşısının alınması istiqamətində operativ tədbirlər görürlər.
Bölmə tərəfindən əraziyə nəzarət mütəmadi şəkildə aparılır, təhlükə yarada biləcək halların vaxtında aşkarlanması və aradan qaldırılması üçün profilaktik işlər görülür.
Bununla yanaşı, təhlükəsizlik bölməsi yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət edir, fövqəladə vəziyyətlər zamanı aidiyyəti qurumlarla koordinasiyalı şəkildə fəaliyyət göstərir.
Təhlükəsizlik bölməsinin məqsədyönlü və məsuliyyətli fəaliyyəti nəticəsində xəstəxanada sabit və təhlükəsiz mühit qorunur, bu da tibbi xidmətlərin keyfiyyətli və fasiləsiz göstərilməsinə əlverişli şərait yaradır.
İsmayıllı rayon mərkəzi xəstəxanası



















