Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirovun rəhbərliyi ilə aparatın məsul əməkdaşlarının və aidiyyəti qurumların rəhbərlərinin iştirakı ilə rayonun qaz, su, elektrik enerjisi və internet təchizatı ilə bağlı 2026-cı il üzrə iş planının müzakirəsinə həsr olunmuş iclas keçirilib.

İclas zamanı, həmçinin Rayon İcra Hakimiyyəti başçısının 2025-ci ildə keçirdiyi səyyar qəbullar zamanı vətəndaşlar tərəfindən qaldırılmış və indiyədək tam həllini tapmamış məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Müzakirələrdə rayonun müxtəlif yaşayış məntəqələrində mövcud olan yol təsərrüfatı, içməli su təminatı, internet, elektrik enerjisi və qaz təchizatı sahələrindəki problemlər diqqətə çatdırılıb.

Sonda müraciətlərin operativ həlli məqsədilə aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələr verilib, bəzi məsələlərin yerində araşdırılması və qısa müddətdə aradan qaldırılması ilə bağlı konkret tədbirlər müəyyənləşdirilib.

Oğuz rayon icra hakimiyyəti