Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinin həkim-terapevti İzumrud Məmmədova “bronxial astma” xəstəliyi barədə məlumat verir.
Bronsixal astma- tənəffüs yollarının xroniki iltihabi xəstəliyidir. Bu zaman bronxlar daralır, selik ifrazı artır və nəfəs alma çətinləşir. Xəstəlik tutmalar şəklində özünü göstərir və düzgün nəzarət olunmadıqda həyat keyfiyyətini azalda bilər.
Əsas əlamətləri:
Nəfəs darlığı
Xırıltılı tənəffüs
Sinədə sıxılma hissi
Quru, xüsusilə gecələr artan öskürək
Fiziki hərəkət zamanı tez yorulma
Xəstəliyin diaqnostikası üçün
Həkim müayinəsi
Spirometriya (ağciyər funksiyasının ölçülməsi)
Allerqoloji testlər şərtdir.
Astma tam sağalmır, lakin,
inhalyator preparatlar,(bronxgenişləndiricilər və iltihabəleyhinə dərmanlar), allergiyadan qorunmaqla
həkim təyinatına uyğun müntəzəm müalicə ilə nəzarətdə saxlanıla bilər.
Zaqatala rayon mərkəzi xəstəxanası



















