TikTokda dünya üzrə ən çox izləyiciyə sahib (162 milyon) Xabi Lame (Khaby Lame) ABŞ prezidenti Trampın sərt miqrasiya siyasətinə tuş gəlibmiş.
İtalyan-seneqal əsilli Xabi Lame icazə müddətini keçdiyi üçün Las Veqasdа saxlanılıb və iyunun 6-da ölkəni tərk etməli olub.

Sosial mediada populyar olan daha birisi – Prezident Trampın tərəfdarlarından sayılan və onunla çəkdirdiyi şəkilləri paylaşan Bo Loudon bu barədə öz X hesabında yazıb:

“TƏCİLİ: Radikal solçu QANUNSUZ MİQRANT TikTok ulduzu Xabi Lame saxlanıldı və hazırda Prezident Trampın rəhbərliyi altında ICE nəzarətindədir.
Mən onun keçərsiz viza ilə ölkədə qalma müddətini aşdığını, vergidən yayındığını aşkar etdim və deportasiyası üçün şəxsən tədbir gördüm.
Heç kim qanundan üstün deyil.”

Çuğulun yazdığına bax da: Radikal solçu.
Ay səni, mərdimazar! Bu burnufırtıqlı yaramaz deyəsən özünü Cozef Makkarti zənn edir…