ABŞ Prezidenti Donald Trump bildirib ki, Vaşinqton İranla geniş miqyaslı razılaşma əldə edə bilər və danışıqların bu hədəf üzərində qurulduğunu düşünür. Trump razılaşmanın yalnız İranın nüvə proqramını deyil, həmçinin raket proqramını da əhatə etməli olduğunu vurğulayıb.

Prezident açıqlamasında Tehranla danışıqların davam etdiyini və İrana qarşı tətbiq olunan sanksiyaların şərtlər daxilində yüngülləşdirilə biləcəyini bildirib. Trump deyib ki, İranla “yaxşı razılaşma” mümkündür.

Eyni zamanda administrasiya rəsmiləri qeyd ediblər ki, əgər Tehran nüvə və raket proqramları ilə bağlı ABŞ-ın tələblərinə əməl etməsə, Vaşinqton “sərt addımlar” atmaq niyyətindədir. İran tərəfi ballistik raket proqramı ilə bağlı mövqeyini “danışıqların qırmızı xətti” kimi təqdim edib və bu məsələdə güzəştə getməyəcəyini bildirib.

Time tv