Nakam eşqi, sevgisi ilə məzarda uyuyan şəhid əsgərin eşq günüdür bu gün.

Sevgini qəlbində donduran əsgər.

Sevgisi dil açdı dindi səngərdə,
Əmanət saxladı qəlbi sevəndə,
Arzusu yumulan o, gənc qəlbində,
Apardı məzara sevən könlünü,
Ucaltdı qəlblərdə sevgi sözünü.

Gəlin sevənlərə gətməyək xərəl,
Təmiz bir sevgi var düşməsin xəzəl,
Bir əsgər eşqini daşıyan gözəl,
Atdı od-alova eşqə özünü,
Ucaltdı qəlblərdə sevgi sözünü.

Can deyib nə yazıq çəkmədi nazı,
Borana tuş gəldi, ömrün xoş yazı,
Sevgidən xəbərsiz o, alın yazı,
Görmədi sevsədə eşqin üzünü,
Ucaltdı qəlblərdə sevgi sözünü.

De hansı bacı da, qardaş da belə,
Öz sevən eşqini gətirər dilə,
Qardaş şəhiddirsə, o öz eşqiylə,
Kül altda alışan o, son közünü,
Ucaldar qəlblərdə sevgi sözünü.

Şəhlayam sevgidən dastan yazsaqda,
Sınıq könüllərin xətrin alsaqda,
Ömür ötdükcə biz yas saxlasaqda,
Qaytara bilmərik eşqin özünü,
O, əsgər sevgisi dikib gözünü,
Ucaldar qəlblərdə sevgi sözünü.

Şəhla Xəlilqızı
14.02.2021