14 fevral 2026-cı il tarixində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Şamaxı rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Şamaxı şəhər 10 saylı tam orta məktəbin idman zalında “Narkotiksiz gələcək, sağlam gələcək” devizi altında məktəbli yeniyetmələr arasında stolüstü tennis üzrə Şamaxı rayon turniri keçirildi.
Gərgin və maraqlı idman mübarizəsindən sonra qaliblər müəyyənləşdi:
I yer – 10 saylı tam orta məktəbin komandası
II yer – THT liseyin komandası
III yer – Əngəxaran kənd tam orta məktəbin komandası
III yer – 10 saylı tam orta məktəbin ikinci komandası
Qaliblər Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin müvafiq diplom və medalları ilə təltif olundular.