20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş şahmat birinciliyi başa çatdı
Qəbələ rayonu Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin, Qəbələ Rayon Təhsil Sektorunun və Həmkarlar İttifaqının rayon Komitəsinin birgə təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş şahmat üzrə məktəblilər arasında Qəbələ rayon birinciliyi uğurla yekunlaşdı.
Yarışın keçirilməsində məqsəd 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad etmək, Ulu Öndər Heydər Əliyevin 20 Yanvar hadisələrinə verdiyi siyasi-hüquqi qiyməti gənc nəslə aşılamaq, şagirdlərin intellektual bacarıqlarını inkişaf etdirmək, sağlam rəqabət mühiti formalaşdırmaq və gənclər arasında vətənpərvərlik ruhunu gücləndirməkdən ibarət olmuşdur.
Yarışda rayonun ümumtəhsil məktəblərini təmsil edən şagirdlər iştirak edərək öz intellektual bacarıqlarını nümayiş etdirmiş, gərgin və maraqlı mübarizə aparmışlar.
Yarışın sonunda fərqlənən şagirdlər və onların müəllimləri diplomlarla təltif olunmuşdur.

ETİHİ QƏBƏLƏ RAYON KOMİTƏSİ