Yaxşı insanları, sevmirlər daha,
Pislik toxumları, yaman çoxalıb,
Çoxalıb yeriyən, adam kölgəsi,
İnsaf çoxdan itib, vicdan azalıb..
Sözü düz deyənə, kinayə artıb,
Hiyləgər adamlar, artır hər addım.
Bir üzün, nə qədər üzlüyü varmış,
Baxıb astarına, mən də mat qaldım..
Təmənna umanlar, şirin dil edir,
Güya xətir hörmət bilənlər qalıb..
Yaxşı insanların, indi yerini,
Adam arxasıyca gülənlər alıb..
Asudə Feyruzqızı.



















