İsmayıllı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Komplektləşdirmə və Kitabişləmə şöbəsinin baş kitabxanaçısı Əliyeva Gülayət Qasım qızı vəfat edib
Dərin hüzünlə bildiririk ki, uzun illər İsmayıllı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Komplektləşdirmə və Kitabişləmə şöbəsinin baş kitabxanaçısı vəzifəsində işləmiş Əliyeva Gülayət Qasım qızı vəfat etmişdir. Gülayət xanım kitabxana sahəsində işlədiyi dövr ərzində səmərəli fəaliyyət göstərmiş, insanpərvərliyi ilə həmkarlarının və oxucuların dərin hörmətini qazanmışdır.Onun mehriban xasiyyəti, işinə olan sevgi və sadiqliyi hər kəsin yaddaşında daim qalacaqdır.
İsmayıllı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kollektivi adından Gülayət xanımın vəfatından kədərləndiyimizi ifadə edərək onun ailə üzvlərinə və əzizlərinə başsağlığı verərək, səbr diləyirik.
Allah rəhmət eləsin!



















