“Nə Rusiya, nə də ABŞ Kallasla heç nəyi müzakirə etməyəcək, gözləmək lazımdır ki, o, getsin” – Peskov.
“Rossiya 1” jurnalisti Zarubinlə söhbətində Kremlin sözçüsü Dmitri Peskov bir sıra açıqlamalar verib:
▪️ O bildirib ki, Avropada hakimiyyətdə olan siyasətçilərin deqradasiyası açıq şəkildə görünür – onlar qeyri-peşəkardırlar.
▪️ Rusiya Ordusu “Qızıl günbəz” hava hücumundan müdafiə sisteminin Qrenlandiyada yerləşdirilməsi ehtimalını diqqətlə təhlil edəcək.
▪️ Peskovun sözlərinə görə, Avropa Rusiyadan enerji asılılığından qurtulsa da, indi ABŞ-dan asılı vəziyyətə düşüb.
▪️ O, Qrenlandiyanın Rusiyanın strateji təhlükəsizliyi baxımından önəmini xüsusi vurğulayıb.
▪️ Peskov həmçinin bildirib ki, Kanada Donald Trampla münaqişə səbəbindən ciddi “başağrısı” yaşayacaq.



















