Gələn il dövlət orqanları xalqdan xidmət haqqı adı altında azı 1 milyard qoparacaqlar

Gələn ilin dövlət büdcəsinin 2.6 faizi, yəni 1 milyard 21 milyon manatı büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar hesabına formalaşacaq.
Yəni Azərbaycanda büdcə hesabına fəaliyyət göstərən dövlət qurumları vətəndaşlara ödənişli xidmət göstərib milyarddan artıq vəsait yığacaqlar..
Dünən Milli Məclisdə “Dövlət xidmətləri haqqında” qanun layihəsinin ikinci oxunuşunda müzakirə edilib. Qanunun 14-cü maddəsində qeyd olunur ki, dövlət xidmətlərinin göstərilməsi üçün müəyyən hallarda və məbləğdə dövlət rüsumu və ya xidmət haqqı tutulur.
Hətta deputatlardan biri deyib ki, “əgər dövlət orqanı göstərdiyi xidmətə görə haqq alacaqsa, bu, artıq kommersiya təşkilatıdır”

Konstitusiya isə bunu qadağan edir. Əsas Qanunun 73-cü maddəsinə uyğun olaraq, dövlət orqanları və onların tabeliyindəki qurumlar qanunla müəyyən edilməmiş əsaslar olmadan əlavə vergilər və ya ödənişlər müəyyən edə bilməzlər.

azadlıq qəzeti