
Göyçay rayonu Şəkər kəndində sakini Salmanov Raqif Hüseyn oğlu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Baş Prokuror cənab Kamran Əliyevə və Daxili İşlər Naziri cənab Vilayət Eyvazova müraciət edərək yazır;
“Mən Salmanov Raqif Hüseyn oğlu Göyçay rayonu Şəkər kəndində yaşayıram. Təxminən 3 il öncə qonşuluqda yaşayan Pənahov Rusif Yadulla oğlu mənə məxsus tövləni yandırmışdı. Mən bu haqda hüquq-mühafizə orqanlarına şikayət etdim. Nəticədə Göyçay Rayon Polis Şöbəsi tərəfindən R. Pənahov barəsində cinayət işi başlanıldı. O, mənə ümumilikdə 7200 (yeddi min iki yüz) manat dəyərində maddi ziyan vurmuşdu. Rusifin atası Yadulla mənə övladının böyük səhv etdiyini və maddi imkanlarının olmadığını bildirdi. Beləliklə o, dəymiş ziyanın qarşlığında mənə 5200 (beş min iki yüz) manat pul ödədi. Sonra iş Göyçay Rayon Məhkəməsinə təqdim olundu. Baxmayaraq ki, mən şikayətçi deyildim, lakin məhkəmənin hökmü ilə Pənahov Rusif Yadulla oğlu 3 il müddətinə azadlıqdan məhrum edildi.
Həmin vaxtdan etibarən onun ailə üzvləri bizimlə ədavət aparırlar. Hansıki, mən onlara heç nə etməmişəm. Rusif cinayət törətmişdi, ona görə də cəzasını aldı. Biz isə əlləri qabar kasıb insanlarıq. Rusifin ailə üzvləri gah evimizin üstünə daş atır, gah da öz çəpərlərinə od vurub yandıraraq mənim yandırdığımı iddia edirlər. Onların əlindən ölüm həddinə çatmışıq.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən, Baş Prokuror cənab Kamran Əliyevdən və Daxili İşlər Naziri cənab Vilayət Eyvazovdan xahiş edirik, bizə köməklik göstərəsiniz.”
Vətəndaşın əlaqə telefonu; 0508742495