İsmayıllı idmançısı Azərbaycan birinciliyinin qalibi oldu
Dekabrın 26-da Abşeron Olimpiya İdman Kompleksində keçirilən 14 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyində növbəti çəki dərəcələri üzrə qaliblər müəyyənləşib.
İsmayıllı təmsilçisi Nərgiz Fərzəliyeva 40 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qızıl 🥇 medal qazanıb.
İdmançımızı və onun məşqçilərini bu möhtəşəm uğur münasibətilə təbrik edir, gələcək yarışlarda yeni nailiyyətlər arzulayırıq!






















