
Fərid Qayıbov “Moto X Club”ın fəaliyyəti ilə tanış olub
Gənclər və idman naziri Fərid Qayıbov “Moto X Club”ın fəaliyyəti ilə tanış olub.
Simalregion.azxəbər verir ki, nazir klubda Azərbaycan Motosiklet İdmanı Federasiyasının prezidenti Fuad Bağırov, birinci vitse-prezident Sabir Babayev, vitse-prezident Emil Quliyev və baş katib Azər Əliyevlə birgə fikir mübadiləsi aparıb.
Görüş çərçivəsində ölkədə motosiklet idmanının inkişafı, gənc idmançıların hazırlanması və federasiya ilə gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
Daha sonra klubun nəzdində fəaliyyət göstərən peşəkar motoməktəb, mototəmir servisi, motosalon, təlim-məşq meydanı və xüsusi “Motocross” parkı ilə tanışlıq olub.
Nazir Fərid Qayıbov, həmçinin “MXC Queens” qadın motoklubunun idmançıları ilə söhbət edib, onların bu sahədə fəallığının artırılmasının önəmini vurğulayıb.