27–31 yanvar 2026-cı il tarixlərində Şamaxı rayon UGİŞM-də Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə Azərbaycan çempionatının Dağlıq Şirvan Regional seçmə yarışı keçirilib.

Yarışda Şamaxı, Ağsu, İsmayıllı və Qobustan rayonlarını təmsil edən şahmatçılar iştirak ediblər.
Ümumilikdə 32 şahmatçı 8, 10, 12, 14 və 16 yaş qrupları üzrə mübarizə apararaq qalib adını qazanmaq uğrunda yarışıb.

Yarışın yekununda yaş qrupları üzrə fərqlənən şahmatçılar Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar.