
Şəhidlər xiyabanında, 44 günlük Vətən müharibəsinin qəhrəman şəhidlərindən biri Cəmil Məmmədlinin əziz xatirəsini yad etmək məqsədilə mərasim keçirilib.
Mərasimdə şəhidin əzizləri, şəhid anaları, Rayon İcra Hakimiyyəti, idarə və müəssisələrin nümayəndələri, rayon ictimaiyyəti iştirak edib.
Şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına daima xüsusi diqqət və qayğı göstərən İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının direktoru Vidadi Rəhimov və kollektiv üzvləri də mərasimdə iştirak edib.
Xəstəxana rəhbərliyi başda olmaqla bütün kollektiv üzvləri Qəhrəmanlarımızın əziz xatirəsini hər zaman yad edir və bu missiyanı daima özlərinə vicdan borcu hesab edirlər.