Dünyanın hər yerində xoşbəxt olsun uşaqlar…

İsmayıllı Bələdiyyəsi Şəhid övladları üçün
1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram şənliyi keçirib.

Şənlik şəhid övladları tərəfindən sevinclə qarşılanıb. Musiqili-əyləncəli şənlikdə təbriklər səsləndirilib, Şəhidlərimizin əmanətləri şən musiqi sədaları altında rəqs edib, şeirlər söyləyib, xoş zaman keçiriblər.

Şəhər 1 və 2 saylı bağçanın fidanları Şəhid övladları üçün hazırladıqları kompazisiyanı həvəslə təqdim ediblər. Tədbirin sonunda uşaqlara bayram hədiyyələri təqdim olunub, xatirə şəkilləri çəkilib.

İsmayıllı şəhər bələdiyyəsi