
Bu gün Polşada taleyüklü prezident seçkiləri keçirilir.
Qeyd edək ki, Polşa Ukraynanın strateji müttəfiqidir və Ukraynaya istər hərbi, istər loqistika, istərsə də qaçqınlara sığınacağın verilməsi baxımından çox böyük rol oynayır. Trampçı Karol Navrotskinin qələbəsi təqdirdə Ukraynaya yardım məsələsində yuxarıda göstərilən bütün aspektlərdə problemlər gözləniləcək.
Opinia24 ictimai rəy araşdırma institutu xəbər verir ki, əhalinin 47.4% Rafal Tşaskovskiyə, 46.3% isə Karol Navrotskiyə səs verməyə hazırdır.
Seçkilər artıq başlayıb, axşam nəticələri biləcəyik.
Azadlıq qəzeti