Masallıda ” isti su” adlanan ərazidə natəmizlik hökm sürür: Bu barədə sosial şəbəkə istifadəçiləri “tiktok” hesablarda bildirib.
Sözügədən istirahət mərkəzinin sahibi İldırım Allahyarov Sovet Höküməti dağılandan sonra Masallı Rayon Icra Hakimiyyətinin birinci müavini vəzifəsinə “sehrli çubuğun” vasitəsi ilə təyin olundu və onun rəhbərliyi altında Sovxozlardakı mal-qaralar, farmalar, texnikalar (kombayn, traktor və.s) satılıb məhv edildi.
Bu dağıdılan əmlak xalqın malı idi.
Hazırda İldırım Allahyarov 6 hektar dövlət meşə fondu ərazisin zəbt edib və orada qanunsuz (müqaviləsiz) fəaliyyət göstərir.

Demək olar ki , hər ildə zəbtin miqyasın daha da genişləndirir.
“İsti suya” gələn yoxlamalar İldirimin “şər”indən Allaha pənah aparırlar, çünki gələn yoxlamalara hədə-qorxu gələrək deyir ki, əgər mənim üzərimə nəsə cərimə və s.yazsanız , o zaman sizin üzünüzə burdakı xanımlarından iki nəfər durğuzacağam və sizi içəri basdıracam.
İldırım haqqında araşdırmamız davam edir.

Redaksiyadan: Faktla bağlı bütün maraqlı tərəflərin mövqeyini dərc etməyə hazırıq.