Elcin Ismayilli
- Cəmiyyət
- Fevral 28, 2025
- 39 views
Göyçayda mənzildən qadın meyiti tapılıb. Sən demə, qəfl dünyasını dəyişən 1960-cı il təvəllüdlü, əvvəllər Göyçay şəhər 3 saylı məktəbdə “Rus dili və ədəbiyyat” fənnindən dərs keçən, müəllim Rəsulova Məhəbbət Əlihüseyn qızı imiş. Mərhumə xanımın oğlu, Göyçaylı rəssam Nihad Əliyevdir. Nihadla görüşdüm və o, anasının ölüm xəbərini necə öyrəndiyini danışdı mənə. İnanın ki, ətim biz-biz oldu. Deməli, Nihad Bakıda imiş və o, gün ərzində ən azı 3 dəfə anası ilə telefon danışığı edirmiş. Bakıdan anasına zəng edən Nihad zənglərin cavabsız olduğunu görüb həyəcanla Göyçaya gəlib. Yaşadığı evin qapısını dəfələrlə döyməsinə baxmayaraq evdən səs çıxmayıb. Mərhumənin oğlu dərhal Fövqəladəyə zəng edib və qapını gəlib açıblar. Anasının yatdığı otağa keçəndə görüb ki, anası sanki, dincin alırmış kimi uzanıb qalıb. Deyir, birinci səs çıxartmadım ki, ola bilsin yorğundu yatıb və oyanar deyə sakit durdum. Daha sonra isə ana, ana deyərək çağırmağa başladım. Toxunanda isə hiss elədim ki, bu yuxu o yuxudan deyil. Anam bu dünyaya gözlərini əbədiyyən yumub. Allah rəhmət eləsin. Nihad Göyçayyda tanınan rəssamdır və ən əsas mərfətli insandı. Allah səbirlər versin.
Elcin Ismayilli
- Siyasət
- Fevral 28, 2025
- 61 views
“Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlara dəyişiklik edilib
Son Yazılar
İsmayıllıdan şəhid anaları prezidentə müraciət etdilər
Elcin Ismayilli
- May 20, 2025
- 168 views
AVROPA UKRAYNAYA 150 MİLYARD EVRO HƏRBİ YARDIM EDƏCƏK: ARTIQ QƏRAR VERİLDİ
Elcin Ismayilli
- May 19, 2025
- 94 views
İSMAYILLI TEZLİKLƏ REGİONDA ƏN STRATEJİ MƏRKƏZƏ ÇEVRİLƏCƏK:!
Elcin Ismayilli
- May 17, 2025
- 844 views
SABİQ HAKİM HÖKUMƏTİN PENSİYA SİYASƏTİNƏ ETİRAZ EDİR
Elcin Ismayilli
- May 17, 2025
- 140 views